ANİMASİYA SERİALININ TƏQDİMATI OLUB

İyunun 2-də “ARB Günəş” və “Animacenter” özəl animasiya mərkəzinin birgə layihəsi çərçivəsində ərsəyə gələn animasiya serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub. Maarifləndirici və əyləncəli məzmuna malik “Balaş” adlı cizgi serialı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mərkəzdə həssas qruplara aid uşaq və yeniyetmələrə təqdim edilib. “ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov bildirib ki, “Balaş” serialı növbəti mövsümdən “ARB Günəş” televiziyasında yayımlanacaq. Təqdimat mərasimində serialının rejissoru və animatoru Sultan Abbasbəyli, ssenari müəllifi Reyhan Yusifqızı, serialda müxtəlif personajları səsləndirən Rəhim Rəhimov çıxış edərək cizgi serialının uşaqları maarifləndirəcəyini söyləyiblər. Qeyd olunub ki, artıq 28 seriyası hazır olan bu cizgi filmi uşaqlara milli dəyərləri, ailə bağlarını, dostluq münasibətlərini və əxlaqi prinsipləri aşılayır, onların estetik zövqünü inkişaf etdirir.