“AKİDOCS – SƏNƏDLİ FİLMİN İNKİŞAFI VƏ PİTÇİNQ” BEYNƏLXALQ LAYİHƏSİNİN BAĞLANIŞI KEÇİRİLİB

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2025-ci il aprelin 1-də “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə müraciətlərin qəbulunu elan etmişdi. 22-29 aprel tarixlərində baş tutan layihəyə 11 iştirakçı və 4 müşahidəçi qəbul olunmuşdu.
Sənədli filmlər üzrə mütəxəssis Tue Steen Müllerin mentorluğu ilə keçirilən layihə, həm də iştirakçıların juri önündə təqdimatı ilə başa çatmışdır. Jüri heyətinin tərkibi AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, rejissor və operatorlar Daniel Quliyev və Oktay Namazovdan ibarət olmuşdur.
Layihənin mentoru Tue Steen Müllerin sözlərinə görə: “Mövcud layihə gənc azərbaycanlı sənədli film rejissorlarının yüksək rəqabətli beynəlxalq forumlarda seçilmək şansını artırır. Mən çox ümid edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə keçirilən bu layihənin davamı olacaq”.
Jürinin qərarına əsasən layihənin qaliblərini təqdim edirik.
Çəkilişə dəstək mükafatı – “Dado” – rejissor Azər Allahverdi
Xarici layihədə təqdimat etmək üçün səyahət dəstəyi mükafatı – “Səma köçəriləri” – rejissor Aytac Süleymanova, prodüser Elməddin Süleymanov
Pre-production + tizerə dəstək mükafatı – Adsız, yaddaş – rejissor Nərgiz Məmmədli, prodüser Ələmdar Faiq
Post-productin mərhələsinə dəstək mükafatı – Cahanın əlifbası – Rejissor Elcan Məmmədov, prodüser Zərif Bəkirova.
Logistika dəstəyi mükafatı – Mənim virtual evim – Rejissor Ülviyyə Əhmədova, prodüser Nicat Dadaşov
Pre-production mərhələsinə texniki dəstək mükafatı – Atılmış kənddə şirin xatirələr – rejisor Aynur Kazımova
Layihənin qalibləri AKİ tərəfindən maliyyə və təşkilati dəstəklə təmin olunacaqlar.