Zülfiyyə Xanbabayeva
Musiqi ifaçısı
Aktrisa
Doğum tarixi:
16 oktyabr 1967
Zülfiyyə Güloğlan qızı Xanbabayeva Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatr rejissoru fakültəsində təhsil alıb (1985-1989).
1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edərək finala çıxıb. 1994-cü ildə Vaqif Gərayzadənin "Aypara" qrupunda cıxış etməyə başlayıb. Qrupdan ayrıldıqdan bir müddət sonra solo karyerasına başlayıb. 1999–cu ildə ilk klipi – “Demirəm”, bir il sonra ilk studiya albomu – “Gecə” işıq üzü görüb, eyni ildə ilk solo konserti ilə Respublika Sarayında çıxış edib.
Əməkdar artisti (2003), Xalq artistidir (2008).