Ziyadxan Cəbrayılov

Aktyor

Doğum tarixi:

01 iyun 1947

Vəfat tarixi:

30 noyabr 2016


Ziyadxan Azad oğlu Cəbrayılov Şamaxıda anadan olub.

N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif şöbəsində (1970), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsində (1977-1982) təhsil alıb.

Bakı Xalq Yaradıcılıq evində “Qaravəlli” Xalq Teatrının rejissoru (1973), Əbilov adına Mədəniyyət evinin təşviqat briqadasının rəhbəri (1975), “İrs” Folklor Ansamblında aktyor (1985), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1970-2016) aktyor kimi çalışıb.

Ziyadxan Cəbrayılov 2016-cı ildə vəfat edib, Şamaxıda dəfn olunub.