Zinaida Sibilyova
Aktrisa
Doğum tarixi:
23 mart 1939
Vəfat tarixi:
11 sentyabr 2013
Zinaida İvanovna Sibilyova İrkutsk vilayətində anadan olub.
İrkutsk Teatr Məktəbində təhsil alıb.
Rostov Dram Teatrında (1966-1971), Şimali Osetin Rus Teatrında (1971), Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
Rusiya film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev) serialında Praskovya Alekseyevna rolunda çəkilib.
Əməkdar artist Zinaida Sibilyova 2013-cü ildə vəfat edib.