Zemfira Nəcəfova
Aktrisa
Doğum tarixi:
01 aprel 1950
Vəfat tarixi:
01 avqust 2024
Zemfira Musabala qızı Nəcəfova (Zenfira Nəcəfova) Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1970-1975).
1975-ci ildən Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi çalışıb (1975-2024).
Əməkdar artist (2015) Zemfira Nəcəfova 2024-cü ildə vəfat edib.