Yusif Şeyxov
Doğum tarixi:
02 fevral 1951
Yusif Mənsur oğlu Şeyxov Bakıda anadan olub. İki il Neft-Kimya İnstitutunda (1969-1970), daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1970-1975).
1975-ci ildə “Azərbaycanfilm“ kinostudiyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb. Sonralar Dövlət Kinematoqrafiya Komitəsində (1979-1985), “Azərkinoprokat” idarəsinin müdiri (1985-1990), “Azərkinovideo” İstehsalat Birliyinin baş direktor müavini (1990-2001), Mədəniyyət Nazirliyində (2001-2006) və Mədəniyyət və Turizm Nazirliyində mütəxəssis və sektor müdiri (2006-2018), Dövlət Film Fondunda baş mütəxəssis (2018-2021) vəzifəsində çalışıb.
Kino yaradıcılığına hələ məktəb illərində “Sehrli xalat” filmində baş qəhrəmanlardan birini oynamaqla başlayıb. Sonralar bir çox bədii, sənədli və cizgi filmlərinin ssenari müəllifi və redaktoru olub.
Əməkdar mədəniyyət işçisidir (2000).

Filmoqrafiya
-
Açar (II) Rollarda