Yaşar Nuri
Doğum tarixi:
03 sentyabr 1951
Vəfat tarixi:
22 noyabr 2012
Yaşar Məmmədsadıq oğlu Nuri (Yaşar Nuriyev) Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1968-1972, Rza Təhmasib və Əliheydər Ələkbərovun kursu). Səhnəyə ilk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?” (Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında televiziyada “Yelkən” verilişinin aparıcılarından olub. “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib. 1971-ci ildən bir müddət Tədris Teatrında çalışıb. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Xarici film istehsalçılarının “Bremen musiqiçiləri” (2000, rejissor Aleksandr Abdulov / Rusiya) filmində həyət qarovulçusu rolunda, “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında polis rəisi Şavkat rolunda çəkilib.
“Yaramaz” filmindəki Maşallah roluna görə Dövlət mükafatına layiq görülüb (1991). “Qızıl Dərviş” mükafatları laureatı (1992, 1996), Əməkdar artist (1981), Xalq artisti (1989), “Şöhrət” ordeni ilə təltif edilmiş Yaşar Nuri 2012-ci ildə vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Aktyor Yaşar Nuri aktyor Məmmədsadıq Nuriyevin oğludur.
Filmoqrafiya
-
Ad günü
1977
tammetrajlı bədii film
Rollarda
-
Ac həriflər
1993
film-tamaşa
Rollarda
-
Ağ atlı oğlan
1995
tammetrajlı bədii film
Rollarda
-
Adam ol
2005
tammetrajlı bədii film
Rollarda
-
Adam ol 2
2006
tammetrajlı bədii film
Rollarda
-
Acılar bitməz
2009
tammetrajlı bədii film
Rollarda