Yana Nikitina

Aktrisa Kastinq meneceri

Doğum tarixi:

15 avqust 1975


Yana Vitalyevna Nikitina Bakıda anadan olub.

Bakı Slavyan Universitetinin Filologiya fakültəsində təhsil alıb.

Gənc yaşlarından teatr və televiziyada çalışıb. “Şən və Hazırcavablar” klubu “Parni iz Baku”da çıxış edib. 1994-cü ildən iştirak etdiyi bu komanda ilə 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. Bir müddət Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.

Xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında teleaparıcı rolunda, “Yasmin” (2013, rejissor Kseniya Zaruskaya, Vyaçeslav Kaminski / Rusiya) serialında Fatima rolunda çəkilib.

Hazırda həm Azərbaycan, həm də Rusiyada kastinq direktoru, aktrisa, rejissor və prodüser kimi fəaliyyət göstərir.