Vidadi Rəcəbov
Aktyor
Doğum tarixi:
19 yanvar 1966
Vidadi Həsən oğlu Rəcəbov (Vidadi Rəcəbli / Vidadi Rəcəb) Naxçıvanda anadan olub.
N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun Dram fakültəsində təhsil alıb (1986-1988).
1996-cı ildən Naxçıvan Dövlət Dram Teatrının aktyorudur. Naxçıvan televiziyasında diktor (1997), Babək Rayon Mədəniyyət Sarayında bədii rəhbər-rejissor (2016-2020) kimi çalışıb. Babək Rayon Xalq Teatrının səhnəsində aktyor kimi tamaşalarda çıxış edib, “Alova çevrilən qəzəb” (Ə.Yusifli) pyesinə isə rejissor kimi quruluş verib. “Gerçəklik” şeir kitabının müəllifidir.
Naxçıvan MR-nin Əməkdar artisti (2000), Əməkdar artistdir (2008).