Vasif Adıgözəlov

Bəstəkar Bəstəsindən istifadə olunub Musiqi ifaçısı

Doğum tarixi:

28 iyul 1935

Vəfat tarixi:

15 sentyabr 2006


Vasif Zülfüqar oğlu Adıgözəlov Bakıda anadan olub.

İlk musiqi təhsilini musiqi məktəbinin fortepiano sinfində alıb. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq (1953-1958, Qara Qarayevin sinfi) və fortepiano ixtisasında (1959, Simuzər Quliyevanın sinfində) təhsil alıb.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb. Azərbaycan televiziyasında baş redaktor (1957-1959), Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim (1959-1960) və direktor (1972-1983), Filarmoniyada baş musiqi redaktoru (1960-1961), Bəstəkarlar İttifaqında məsul katib (1962-1968) və birinci katib (1990-2006), Dövlət Mahni və Rəqs Ansamblının bədii rəhbəri (1968-1978) vəzifələrində çalışıb. Bakı Musiqi Akademiyasında Xor dirijorluğu kafedrasına rəhbərlik edib, 1989-cu ildən professor adını alıb.

İlk bəstəsini 11 yaşında edib. 4 simfonik konserti, 4 oratoriyası – “Odlar Yurdu”, “Qarabağ Şikəstəsi”, “Çanaqqala”, “Qəm karvanı”, 3 simfoniyası, simfonik poemaları, operaları var.

Dövlət mükafatı laueratı (1991), Əməkdar incəsənət xadimi (1973), Xalq artisti (1989), “Humay” mükafatı, “Şöhrət” (1997) və “İstiqlal” (2005) ordenləri laureatı Vasif Adıgözəlov 2006-cı ildə vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn olunub.

Bəstəkar Vasif Adıgözəlov dirijor Yalçın Adıgözəlovun atasıdır.
Bəstəkar Vasif Adıgözəlov xanəndə Zülfü Adıgözəlovun oğludur.
Bəstəkar Vasif Adıgözəlov müğənni Rauf Adıgözəlovun qardaşıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu

Fotolar