Vaqif Mustafayev
Doğum tarixi:
28 avqust 1953
Vaqif Behbud oğlu Mustafayev Bakıda anadan olub.
Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində (Eldar Ryazanovun kursu) təhsil alıb.
Əmək fəaliyyətinə 1973-cü ildən “Azərbaycanfilm” kinostudiyasında başlayıb. yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini (2001-2006), Space Müstəqil Teleradio Yayım Şirkətinin prezidenti vəzifələrində çalışıb.
Kinoda uğurlarına görə müxtəlif beynəlxalq festivalların mükafatlarına layiq görülüb. “Həyat, deyəsən, gözəldir” filminə görə Korkut Ata Beynəlxalq Kino Festivalında “Türk dünyasının ən yaxşı rejissoru” adına layiq görülüb (2022).
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino rejissorluğundan dərs deyir. Ali Attestasiya Komitəsi tərəfindən professor elmi adına layiq görülüb.
Əməkdar incəsənət xadimi (2000), Xalq artistidir (2005). Dövlət mükafatı (1991), “Şöhrət” (2003), “Şərəf” (2018), II dərəcəli “Əmək” (2023) ordenləri ilə təltif olunub.