Tural Ələkbərov

Aktyor Rejissor assistenti

Doğum tarixi:

19 fevral 1992


Tural Adil oğlu Ələkbərov İmişlidə anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb (2009-2013).

Bakı Uşaq və Gənclər Teatrında aktyor (2012-2015), Space televiziyasında rejissor assistenti (2015-2016) kimi fəaliyyət göstərib.

"Caspian Awards", "Trend of the Year", "Gənclik Ödülləri Azərbaycan", "Gold Faces" kimi mükafatlandırma gecələrinin təşkilatçısıdır.

Aktyor Tural Ələkbərov aktrisa Aydan Həsənzadənin həyat yoldaşıdır.