Toğrul Rza

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

28 oktyabr 1981


Toğrul Musa oğlu Rza (Toğrul Rzayev) Sumqayıtda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alıb (1998-2002).

Bakı Kamera Tetarında çalışıb (2000-2004). Space televiziyasında yayımlanan "Dubl-bom" verilişinin aparıcısı olub. 2004-cü ildən Bakı Bələdiyyə Teatrının aktyorudur.

Aktyor Toğrul Rza aktrisa Ülviyyə Rzanın həyat yoldaşıdır.
Aktyor Toğrul Rza aktor Elxan Rzanın qardaşıdır.