Teymur Rəhimov
Aktyor
Doğum tarixi:
30 dekabr 1983
Teymur Əsgər oğlu Rəhimov Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyoru ixtisasında təhsil alıb.
2000-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.
Xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında vergi müfəttişliyinin əməkdaşı rolunda çəkilib.
Əməkdar artistdir.
Aktyor Teymur Rəhimov aktyor Əsgər Rəhimovun və aktrisa Aleksandra Nikuşinanın oğludur.