Telman Yunusov

Qrim rəssamı Aktyor

Doğum tarixi:

15 avqust 1936

Vəfat tarixi:

11 noyabr 2010


Telman Ələkbər oğlu Yunusov Bakıda anadan olub.

Bir müddət “Azərbaycanfilm” kinostudiyasında qrim rəssamı, daha sonra qrim sexinin rəhbəri vəzifəsində çalışıb, bu müddətdə bir neçə filmlərdə qrim rəssamı olub. Daha sonra uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qrim üzrə dərs deyib.

Əməkdar incəsənət xadimi Telman Yunusov 2010-cu ildə vəfat edib.

Qrim rəssamı Telman Yunusov qrim rəssamı Aybəniz Hüseynovanın və qrim rəssamı Vəfa Həsənovanın atasıdır.