Tərlan Rəsulov

Prodüser

Doğum tarixi:

27 avqust 1968


Tərlan Aqşin oğlu Rəsulov Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr rejissorluğu üzrə təhsil alıb (1996-2000-bakalavr, 2012-2015-magistratura, 2015-dissertant).

Yuğ Dövlət Teatrının direktoru və rejissoru (2007-2017), Space TV-də prodüser (2002-2005), ANS TV-də tərcüməçi (2003-2009), Lider TV-də tərcüməçi (2004-2008), Yuğ Teatrında quruluş hissə müdiri, ədəbi hissə müdiri (1996-2002) olaraq çalışıb. 2016-cı ildən “DOM” müstəqil sənət təşəbbüsünün təsisçisi və direktorudur 2023-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət Mərkəzinin müdiri, 2020-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.