Tahir Paşazadə

Ssenari müəllifi

Doğum tarixi:

12 yanvar 1930

Vəfat tarixi:

28 aprel 1990


Tahir Hadı oğlu Paşazadə Bakıda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1953), Mоskvada Ali Partiya Məktəbində təhsil alıb.

Bir müddət Bakı Neft Teхnikumunda ədəbiyyat müəllimi işləyib. Daha sоnra Lenin (Sabunçu) rayоn kоmsоmоl kоmitəsinin birinci katibi olub (1956). 26 Bakı Komissarı (Səbayıl) rayon sovetinin deputatı seçilib (1972-1976). 1958-ci ildən ömrunun sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Kömitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Respublika radiosunun xarici şöbəsinin fars redaksiyasının baş redaktoru olub. 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Kömitəsinin sədr müavini vəzifəsinə təyin olunub. Cəvahirləl Nehrunun “Qızıma məktublar” kitabını azərbaycan dilinə çevirib. “Qızıl qələm” mükafatı laureatıdır.

Şərqşünas, ictimai-siyasi xadim, tərcüməçi Tahir Paşazadə 1990-cı ildə vəfat edib.