Soltan Hacıbəyov

Bəstəsindən istifadə olunub Əsərindən istifadə olunub

Doğum tarixi:

08 may 1919

Vəfat tarixi:

19 sentyabr 1974


Soltan İsmayıl oğlu Hacıbəyov Şuşada anadan olub. 1930-cu ildə Bakıya köçüb, əmisi Üzeyir Hacıbəyovun ailəsində yaşayıb.

Musiqi Texnikumunda truba sinfində təhsil alıb. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olub.

Musiqili Komediya Teatrında dirijor vəzifəsində çalışıb. "Qızıl gül" əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində tamaşaya qoyulub. 1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı bəstəkara "Kəminə və Qazı" operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası "Karvan" adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Bir çox tamaşalara musiqi bəstələyib. 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947–1962), direktoru vəzifəsində, Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində (1969–1974) çalışıb.

Əməkdar incəsənət xadimi (1958), Xalq artisti (1960), SSRİ Xalq artisti (1973) Soltan Hacıbəyov 1974-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Bəstəkar Soltan Hacıbəyov bəstəkar İsmayıl Hacıbəyovun atasıdır.