Seyran Mahmudoğlu
Doğum tarixi:
24 noyabr 1983
Seyran Mahmudoğlu (Seyran Bədəlov Mahmud oğlu) Rusiyanın Krasnoyarsk şəhərində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (2001-2005 bakalavr, 2005-2007-magistratura).
ANS TV-də reportyor, redaktor, rejissor, prodüser (2002-2005), SPACE TV-də prodüser, baş rejissor (2006-2011), Reuters News Service və PIK TV (Gürcüstan) üçün reportyor kimi çalışıb.
Müxtəlif reklam çarxlarının, korporativ filmlərin çəkilişində iştirak edib.
Almaniya istehsalı olan “Duel ums gaas” (2008) sənədli filmində inzibatçı kimi çalışıb.
2011-ci ildəm “OD” Media-Productionın təsisçisi və rəhbəridir.
Rejissor Seyran Mahmudoğlu ssenarist Esmira Əyyubun həyat yoldaşıdır.
