Şərif Ağayar

Redaktor

Doğum tarixi:

01 yanvar 1976


Şərif Ağayar Ziyadxan oğlu (Şərif Ağayarov) Laçının Ağbulaq kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının Tarix-filologiya fakültəsində təhsil alıb (1992-1997).

Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və “Panarama” qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb. “Yeni Azərbaycan” qəzetində mədəniyyət jurnalisti (2000-2003), “Kino+” qəzetinin baş redaktoru (2003-2008), Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi (2008-2013), Kulis.az mədəniyyət portalının baş redaktoru (2017–2021) işləyib.

1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi “Xəlil Rza Ulutürk” mükafatına, 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə “Gənclər mükafatı”na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub. 2015-ci ildə maarifçi fəaliyyəti və fəal yaradıcılığına görə Dalğa Gənclər Təşkilatının “Rafiq Tağı mükafatı”na layiq görülüb. 2019-cu ildə Azərbaycan Yaradıcılıq Fondu tərəfindən “İlin ədəbiyyat adamı” seçilib. Həmin il “Arzulardan sonrakı şəhər” romanına görə Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl Kəlmə” Ədəbi Mükafatının nəsr nominasiyası üzrə qalibi olub.

“Səhra məsnəvisi” (2003), “Kərpickəsən kişinin dastanı” (2010), “Aftafalı antrakt” (2010), “Haramı” (2011), “Pozuq fotoşəkillər” (2013), “Xanım T.” (2013), “Gülüstan” (2015), “Arzulardan sonrakı şəhər” (2017), “Ağ göl” (2018), “Arıların səssizliyi” (2020), “Arzulalardan sonrakı şəhər” (fransız dilində) (2020) kitabları çap olunub.

“Tərəqqi” medalına layiq görülüb (2020).


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film #yoxdubeləsöhbət Redaktor