Səidə Haqverdiyeva
Doğum tarixi:
30 oktyabr 1982
Səidə Yavər qızı Haqverdiyeva (Səidə Haqverdiyeva-Əhmədzadə / Səidə Əli) Ağdamda anadan olub.
Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb (2014-2020).
Qəzetlərdə şeirləri çap olunub, kitabları nəşr olunub. Uşaqlar üçün yazdığı “Toplan” pyesi Təbriz şəhərində tamaşaya qoyulub.
2006-cı ildə Azərbaycan televiziyasında əmək fəaliyyətinə başlayıb. “Lider” televiziyasında (2008), Xeyriyyə təşkilatlarında çalışıb. Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib (2014).
2011-ci ildə Azərbaycan Dövlət Kukla Teatrında çalışmağa başlayıb. Azərbaycan Dövlət Kukla Teatrının rejissoru, teatrın nəzdindəki “Oyuq”, “Küllücə” teatr-studiyalarının, “Oyun” müstəqil inklüziv teatrının rəhbəridir.