Səbuhi Atababayev
Doğum tarixi:
03 aprel 1988
Səbuhi Zahid oğlu Atababayev Bakıda anadan olub.
Əzim Əzimzadə adına İncəsənət Kollecinin Dekorativ tətbiqi sənət fakültəsində (2003-2008), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Teatr rəngkarlığı fakültəsində (2008-2011), Teatr və kino rəssamı fakültəsinin magistr pilləsində (2011-2013) təhsil alıb.
2013-cü ildən ADRA-nın Akademik rəngkarlıq və kompozisiya fakültəsində, 2016-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət fakültəsində “Kinoda quruluşçu rəssam” ixtisasından dərs deyir.
Bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri şəxsi kolleksiyalarda saxlanılır.
“New York Film School”un və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kino sənətinə aid seminarlarının iştirakçısıdır.
2012-ci ildən kino rəssamı və art direktor kimi də fəaliyyət göstərir.
Bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır.
Filmoqrafiya
-
Tağıyev. Neft
2024
tammetrajlı bədii film
Rəssam
-
Tağıyev. Çar
2025
tammetrajlı bədii film
Rəssam
-
Bəlkə də...
2025
tammetrajlı bədii film
Rəssam