Səyyad Bayramov

Geyim rəssamı Dekor rəssamı

Doğum tarixi:

19 dekabr 1956


Səyyad İbrahim oğlu Bayramov Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub.

Əzim Əzimzadə adına Rəssamlıq məktəbində (1972-1976), Tbilisi Rəssamlıq Akademiyasında (1976-1978), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (1978-1983), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aspiranturasında (1988-1992) təhsil alıb.

1983-cü ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb.

1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kinorejissor və kinooperator kafedrasında müəllim vəzifəsində çalışıb. Sənətşünaslıq elmləri namizədidir.