Samir Qulamov

Rejissor Ssenari müəllifi Aktyor Operator Montaj rejissoru Montajçı Baş prodüser İkinci rejissor

Doğum tarixi:

21 oktyabr 1977


Samir Ceyhun oğlu Qulamov Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində (1995-2000, Azərpaşa Nemətov və Əliabbas Qədirovun kursu), Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin Kinorejissorluq ixtisasında (2007-2009), Amerika - Azərbaycan kinorejissorluq kursunda (2009), Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində (2009-2011) təhsil alıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor (2000–2006), Space televiziyasında rejissor (2002–2004), İctimai televiziyada rejissor (2005–2006), Şuşa Dövlət Musiqili Dram Teatrında quruluşçu rejissor (2006–2007), Zaman Teatrında quruluşçu rejissor (2006–2008), Sumqayit Dövlət Dram Teatrında quruluşçu rejissor (2007–2008), Azərbaycan televiziyasında rejissor (2007–2009), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor və rejissor (2006–2012) işləyib.

Dövlət tədbirlərinin rejissoru olub.

2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissordur.

2006-cı ildə “Artist” kino şirkətini təsis edib.