Sabir Rüstəmxanlı

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

20 may 1946


Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlının Hamarkənd kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1963-1968), Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. “Cəlil Məmmədquluzadə və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib (1976).

Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb. “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir (1967-1978), “Yazıçı” nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor (1978-1989) olub. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis edərək baş redaktoru (1989-1991) olub. Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri (1991-1992), Mətbuat və informasiya naziri (1992-1995) vəzifələrində çalışıb.

Milli Məclisin deputatı olub (1990-2015). 2020-ci ildə yenidən millət vəkili seçilib. 1992-ci ildən özünün təsis etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.

İlk kitabı 1970-ci ildə nəşr edilib. Azərbaycanda və xaricdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilib. Şeir kitablarının, poemaların, publisistik yazılardan ibarət əsərin, romanların müəllifidir.

Xalq şairi (2005), "Şöhrət" ordeni laureatıdır (1996).