Şaban İmkani

Aktyor Prodüser Marketinq meneceri

Doğum tarixi:

04 noyabr 1985


Şaban Kamal oğlu İmkani Bakıda anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb (2003-2007).

Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə (2008-2020), “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi (2020-2024) vəzifəsində çalışıb.

2025-ci ildə “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.

Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub (2022-2023).

Eyni zamanda bloqer, aktyor və YÜZ prodakşn şirkətində prodüser olaraq fəaliyyət göstərir.