Ruslan Mollayev
Rejissor
Doğum tarixi:
06 oktyabr 1984
Ruslan Mollayev Rusiyanın Amur vilayətində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya rejissorluğu fakültəsində təhsil alıb (2004–2008, 2013–2015-magistratura), “İnternews”un operator kursunda (2006), FSA – Ankara Sinema kursunda (2007), Gənc Ədiblər Məktəbində (2015), Rüstəm İbrahimbəyov adına Kino Məktəbində Kinorejissor ixtisası üzrə (2019–2021) təhsil alıb.
Nəsimi Ədəbiyyat müsabiqəsinin “Hekayə” nominasiyası üzrə qalibi olub (2012).
Hazırda “APA Media Group”da baş rejissor olaraq fəaliyyət göstərir.