Ruslan İsmayılov

Aktyor İkinci rejissor Layihə rəhbəri

Doğum tarixi:

12 dekabr 1981


Ruslan Şöhrət oğlu İsmayılov (Ruslan Amur / Ruslan Şöhrətoğlu) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsində təhsil alıb (1998-2002, Cənnət Səlimovanın kursu, 2002-2004-magistratura).

Azərbaycan Dövlət Pantomim Teatrında aktyor (1998-2003), Azərbaycan Dövlət Yuğ Teatrıında aktyor və rejissor (2003-2012), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor (2012-2014) kimi fəaliyyət göstərib. 2007-ci ildə British Councilun "Forum teatr"ının iştirakçısı olub.

2014-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti üzrə dərs deyir.