Rüfət Həsənov

Rejissor Ssenari müəllifi Montajçı Aktyor Montaj rejissoru Prodüser Ko-prodüser Rəng korreksiyası

Doğum tarixi:

24 aprel 1987


Rüfət Rauf oğlu Həsənov (Ru Hasanov) Bakıda anadan olub. “Bates College”də teatr üzrə (2005-2009, ABŞ) və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda Ali rejissorluq və ssenaristlər kursunda (2012) təhsil alıb. “Lupa Q” prodakşn şirkətində rejissor (2013-2017, Vilnüs), VBS.TV internet kanalında (ABŞ), “Dojd” telekanalında (Rusiya), “Lemon Films” studiyasında montaj rejissoru (Rusiya) kimi işləyib. 2013-cü ildə Elvin Adıgözəl ilə çəkdiyi “Buqələmun” filmi Beynəlxalq Lokarno Festivalının müsabiqə proqramına daxil olub. “Daxildəki ada” filmi Sarayevo Film Festivalının “Ən yaxşı rejissor” mükafatına layiq görülüb (2021). “Debüt” film studiyasının direktoru (2020), Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media (Kinematoqrafiya) şöbəsinin müdiri (2020-2023) olaraq çalışıb.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film #yoxdubeləsöhbət Rejissor, Ssenari müəllifi, Montaj rejissoru
  • Film Açar (II) Rəng korreksiyası