Rüfət Həsənov
Doğum tarixi:
24 aprel 1987
Rüfət Rauf oğlu Həsənov (Ru Hasanov) Bakıda anadan olub. “Bates College”də teatr üzrə (2005-2009, ABŞ) və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda Ali rejissorluq və ssenaristlər kursunda (2012) təhsil alıb. “Lupa Q” prodakşn şirkətində rejissor (2013-2017, Vilnüs), VBS.TV internet kanalında (ABŞ), “Dojd” telekanalında (Rusiya), “Lemon Films” studiyasında montaj rejissoru (Rusiya) kimi işləyib. 2013-cü ildə Elvin Adıgözəl ilə çəkdiyi “Buqələmun” filmi Beynəlxalq Lokarno Festivalının müsabiqə proqramına daxil olub. “Daxildəki ada” filmi Sarayevo Film Festivalının “Ən yaxşı rejissor” mükafatına layiq görülüb (2021). “Debüt” film studiyasının direktoru (2020), Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media (Kinematoqrafiya) şöbəsinin müdiri (2020-2023) olaraq çalışıb.
Filmoqrafiya
-
#yoxdubeləsöhbət
2017
tammetrajlı bədii film
Rejissor, Ssenari müəllifi, Montaj rejissoru
-
Açar (II)
2022
qısametrajlı bədii film
Rəng korreksiyası