Rufat Ray

Rejissor Ssenari müəllifi Montaj rejissoru

Doğum tarixi:

20 sentyabr 1992


Rufat Ray Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq ixtisasında bakalavr təhsil alıb. ABŞ-ın dövlət dəstəyi ilə USG (IVLP) “Filmmaking in USA” proqramı çərçivəsində film istehsalı üzrə peşəkar praktiki biliyə yiyələnib. Litvada Vilnüs Beynəlxalq Film Festivalı nəzdində MPV Talents Nest Proqramına üzv seçilib. “Quyu” filmi Almaniyada Cottbus Beynəlxalq Film Festivalında rəsmi dünya premyerasını edib, Fransada Clermont-Ferrand Film Festivalında rəsmi iştirak hüququ qazanıb. DDB Azerbaijan, McCann Baku, Baku Media Center, Cinealliance Azerbaijan, Maverick, Creative Shamans, Ağıllı Nağıllar, Peoplebrand, Leo Burnett Azerbaijan kimi agentliklərlə əməkdaşlıq edərək bir çox reklam çarxlarının rejissoru olub. Hazırda kino və reklam istiqamətində peşəkar fəaliyyətinə ABŞ-da davam edir.