Rövşən Abdullaoğlu
Doğum tarixi:
28 sentyabr 1978
Rövşən Abdullaoğlu (Rövşən Abdullayev Abdulla oğlu) Bakıda anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Müxtəlif ali məktəb ocaqlarında ərəb və fars dillərində teologiya, sxolastika, ərəb ədəbiyyatı, Şərq və Qərb fəlsəfəsi sahələri üzrə 9 il təhsil alıb. Moskva Pozitiv Texnologiyalar və Konsaltinq İnstitutunda qeştalt-terapiyası metodu üzrə məsləhətçi-psixoloq ixtisasına yiyələnib (2013).
Hüquq-mühafizə sistemində çalışıb, rütbəsi mayordur. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Hazırda baş hüquqşünas vəzifəsini icra edir.
Motivasiya psixologiyası, irfan, fəlsəfə, teologiya və roman növündə 30-dan çox kitabı nəşr olunub. Milli bestseller kitabların müəllifidir. Kitabları müxtəlif dillərə tərcümə olunub, beynəlxalq ədəbiyyat mükafatlarına layiq görülüb. Eyni zamanda psixoloji, fərdi inkişaf, motivasiya mövzularında təlimlər həyata keçirir.