Rəzzaq Məmmədov
Aktyor
Doğum tarixi:
02 noyabr 1948
Vəfat tarixi:
03 may 2023
Rəzzaq Qüdrət oğlu Məmmədov Lənkəran rayonunun Liman qəsəbəsində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1971-1978).
Orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Tədris Teatrında (1978-1989), Azərbaycan Dövlət Gənclər Teatrında (1989-2009), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (2009-2015) çalışıb.
Rəzzaq Məmmədov 2023-cü ildə vəfat edib, Lənkəranda dəfn olunub.