Rəşad Bəxtiyarov

Aktyor

Doğum tarixi:

25 dekabr 1978

Vəfat tarixi:

16 oktyabr 2025


Rəşad Bəhram oğlu Bəxtiyarov Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1998-2002).

Tələbə vaxtından Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. 2001-ci ildən teatrın truppasına işə götürülüb. Bakı Uşaq Teatrında çalışıb.

Xarici film istehsalçılarının “Vəsiyyət ilə nikah” (2009, rejissor Vasili Serikov / Rusiya) serialında çəkilib.

Çoxsaylı reklam çarxlarında, televiziyaların Novruz və Yeni il çəkilişlərində iştirak edib.

Rəşad Bəxtiyarov 2025-ci ildə vəfat edib.