Rauf Rəcəbov

Redaktor Ssenari müəllifi Prodüser Direktor Baş prodüser

Doğum tarixi:

10 iyul 1969


Rauf Əliheydər oğlu Rəcəbov Lerikin Barzavu kəndində anadan olub.

Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil alıb (1996).

Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxbir (1993-1995), "Səhər" musiqi-informasiya proqramında şərhçi, şöbə müdiri, baş redaktorun müavini (1995-2003). İctimai TV-nin Milli Azlıqlar ücün Verilişlər departamentinin direktoru (2005-2011), Carcıfilm Yaradıcılıq Birliyinin direktor müavini və baş redaktoru (2011-2013), Səhər Proqramları Departamentinin direktoru (2013-2015), Carcıfilm Yaradıcılıq Birliyinin direktor müavini (2016), İnformasiya Departamentinin direktoru (2016), Carcıfilm Yaradıcılıq Birliyinin direktoru (2016), Gənclər, Elm və Təhsil Verilişləri departamentinin direktoru (2017-2018), Space TV-nin əməkdaşı (2021) olaraq çalışıb.