Rauf Hacıyev
Doğum tarixi:
15 may 1922
Vəfat tarixi:
19 sentyabr 1995
Rauf Soltan oğlu Hacıyev Bakıda anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Dörd yaşından Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikovanın himayəsində olub.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1953, Qara Qarayevin sinfi).
Azərbaycan Dövlət Estrada Orkestrinin təşkilatçısı və rəhbəri (1956-1965), Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1964-1965), Azərbaycan Respublikasının Mədəniyyət Naziri (1965-1971), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1971-1979), birinci katibi (1979-1985) işləyib. Nazir işlədiyi illərdə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, Xalçaçılıq muzeyi açılıb.
7 operetta yazıb. “Rоmeо mənim qоnşumdur”, “Kuba məhəbbətim mənim”, “Qafqazlı qardaşqızı”, “Ana, mən evlənirəm” оperettaları şöhrət qazanıb.
Vоkal yaradıcılığı хüsusilə lirik, vətənpərvər ruhlu mahnılar Azərbaycan mahnısının inkişafında əhəmiyyətli rоl оynayıb.
Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1964), SSRİ Xalq artisti (1978) Rauf Hacıyev 1995-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.