Rauf Babayev (II)
Doğum tarixi:
30 dekabr 1937
Vəfat tarixi:
27 mart 2020
Rauf Yusuf oğlu Babayev Qərbu Azərbaycanda Gümrüdə anadan olub.
Asəf Zeynallı adına Musiqi Məktəbində (1953–1957), Azərbaycan Dövlət Konservatoriyasının Zərb alətləri sinfində (1957–1962) təhsil alıb.
1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayıb. Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı (1960–1962), Azərbaycan Dövlət Filarmoniyasının (1962–1964), Dağıstan Dövlət Filarmoniyasının (1965) solisti, Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı (1965-1968), Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin (1968–1972), "Qaya" dövlət ansamblının (1972–1987), Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin (1987–2001) solist-vokalçısı olub. 2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləyib.
Əməkdar artist (1978), Xalq artisti (2006), “Şöhrət” ordeni laureatı (2017) Rauf Babayev 2020-ci ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.