Rasim İsmayılov
Doğum tarixi:
13 iyul 1936
Vəfat tarixi:
03 may 2004
Rasim Rza oğlu İsmayılov Bakıda anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1958-1963, Boris Volçekin kursu).
1958-ci ildə Bakı kinostudiyasında operator assistenti işləməyə başlayıb. Bir müddət Azərbaycan televiziyasında çalışıb. 1963-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator, 1977-ci ildən isə quruluşçu rejissor kimi fəaliyyət göstərib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uşaqlar üçün nağıllar, hekayələr yazıb. “Uçan çinarlar” kitabı ölümündən sonra işıq üzü görüb.
Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1978) Rasim İsmayılov 2004-cü ildə vəfat edib.
Rejissor, operator Rasim İsmayılov ssenarist Nadejda İsmayılovanın həyat yoldaşı olub.
Rejissor Rasim İsmayılov rəssam Rafis İsmayılovun qardaşıdır.
Filmoqrafiya
-
Axırıncı aşırım
1971
tammetrajlı bədii film
Operator
-
Alman klinikasına şəxsi səfər
1988
tammetrajlı bədii film
Rejissor, Ssenari müəllifi