Rasim Cəfər

Aktyor Filmi səsləndirən Kastinq rejissoru (Aktyorlarla iş üzrə rejissor)

Doğum tarixi:

17 oktyabr 1978


Rasim Cəfər (Rasim Cəfərov Valeh oğlu) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1996-2000, Əliabbas Qədirovun kursu). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Bir il Dram Teatrında, daha sonra Pantomim Teatrında (1997-2002) çalışıb. İbrus və Yuğ Teatrları ilə əməkdaşlıq edib. 
Xarici film istehsalçılarının “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev / Rusiya) filmində, “İtkin düşmüş adam” (2010, rejissor Anna Fençenko / Rusiya) filmində cənublu David rolunda, “Ana yurdum” (2012, rejissorlar Nadir Sayever, Əli Taherfar / İran) filmində təbrizli Habil rolunda və “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmində çəkilib.
2005-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Əməkdar artistdir (2016).

Aktyor Rasim Cəfər ssenarist, aktrisa, kastinq meneceri Reyhan Cəfər-İsayevanın həyat yoldaşıdır.