Raksana İmir

Aktrisa

Doğum tarixi:

11 yanvar 1997


Raksana İmir (Raksana İmirli / Raksana Vəliyeva İmir) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisasında təhsil alıb.

Uşaq yaşlarından rəqslə məşğul olub. ATV kanalında yayımlanan “Çıraq” uşaq müsabiqəsində 1-ci yeri tutub (2004). Azad Azərbaycan televiziyasında aparıcı olaraq çalışıb (2015-2023). Hazırda Space televiziyasının əməkdaşıdır.