Rada Nəsibova

Aktrisa

Doğum tarixi:

29 oktyabr 1982


Rada Ziyad qızı Nəsibova Gəncədə anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Prodüserlik ixtisasında təhsil alıb (2001-2005).

Gəncə Dövlət Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında (2002-2007) aktrisa vəzifəsində çalışıb.

2007-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisasıdır.