Qılman İlkin

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

28 aprel 2014

Vəfat tarixi:

06 noyabr 2009


Qılman İsabala oğlu İlkin (Qılman Musayev) Bakının Mərdəkan kəndində anadan olub.

Bakı Pedaqoji Texnikumunda (1926-1929), Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində (1932-1936) təhsil alıb.

Əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi kimi başlayıb. “Gənc işçi” qəzeti redaksiyasında ədəbi işçi (1931-1932), “Uşaqgəncnəşr”də məsləhətçi, baş redaktor, direktor (1938), müharibə illərində keçmiş Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə, Təbrizdə çıxan “Vətən yolunda” adlı əsgər qəzetinin redaksiyasında müxbir, Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru (1960-1963), “Azərbaycan” jurnalının baş redaktoru (1963-1967), Azərbaycan Dövlət Nəşriyyatında direktor (1967-1971) vəzifələrində çalışıb.

Bədii yaradıcılığa 1943-cü ildə “Yaralı şahin” hekayəsi ilə başlayıb. “Qalada üsyan” (1959), “Şimal küləyi” (1962), “Hədiyyə” (1969), “Dağlı məhəlləsi” (1978), “Dəniz qapısı” (1984), “Madam Qədri” (1988) və s. kitablarının müəllifidir.

Dövlət mükafatı laureatı (1967), Əməkdar incəsənət xadimi (1989), Xalq yazıçısı (2003) Qılman İlkin 2009-cu ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.