Orxan Behbid

Prodüser İcraçı prodüser Ssenari müəllifi Rejissor Mahnı mətni müəllifi İnzibatçı

Doğum tarixi:

21 mart 1990


Orxan Behbid (Orxan Əliyev Ərşad oğlu) Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 1993-cü ildə məcburi köçkün kimi İsmayıllı rayonunda məskunlaşıb. Azərbaycan Dövlət Neft Akademiyasında (2008-2012), Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı çərçivəsində maliyyə ixtisası üzrə magistr pilləsində (2013-2015) təhsil alıb. 2011-ci ildə SOCAR-ın təqaüd proqramının qaliblərindən biri olub və ödənişli təcrübə proqramı çərçivəsində “Azəriqaz” İB-də İqtisadçı kimi əmək fəaliyyəti göstərib. Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən təşkil olunan KOS-da mühasibat uçotunun təşkili ilə bağlı təlimləri müvəffəqiyyətlə bitirərək Sertifikata yiyələnib (2018).

2013-cü ildən kinoda maliyyə meneceri və icraçı prodüser kimi fəaliyyət göstərib. “Azanfilm” animasiya studiyasında direktor müavini (2019-2022), “Azərbaycanfilm” kinostudiyasının Maliyyə şöbəsinin rəisi (2022-2023) vəzifəsində çalışıb. 

“Nəsimi – şeir, incəsənət və mənəviyyat” II Beynəlxalq Festivalı çərçivəsində “Söz” ədəbi layihəsinin qalibi olub (2019). “İp” (The rope) qısametrajlı animasiya layihəsi III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında “Ssenari üzrə beynəlxalq münsiflər heyətinin xüsusi seçimi” mükafatına layiq görülüb (2020).

2023-cü ildən Azərbaycan Respublikasının Kino Agentliyinin şöbə müdiridir.

“OB FILM” MMC-nin təsisçisi və direktorudur.

Prodüser Orxan Əliyev rejissor, ssenarist Elşad Ərşadoğlunun və maliyyə meneceri Camal Əliyevin qardaşıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Açar (II) Prodüser
  • Film Tarix Prodüser