Orman Əliyev

Prodüser Rejissor Ssenari müəllifi Aktyor Operator İkinci rejissor Yaradıcı heyətin üzvü Redaktor

Doğum tarixi:

30 avqust 1980


Orman Çingiz oğlu Əliyev (Orman Çingizoğlu) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu ixtisasında təhsil alıb (1997-2001, 2001-2003).

Azərbaycan televiziyasında rejissor assistenti (2000-2001), Lider TV-də rejissor (2001-2004), İctimai TV-də rejissor (2005-2006), Kino, dublyaj departamentinin direktor müavini (2006-2007), Musiqi və əyləncəli verilişlər departamentinin direktoru (2007-2008), “Carçı film” Yaradıcılıq Birliyinin direktor müavini (2008-2009), Rejissor və operatorlar departamentinin baş rejissoru (2009-2012) olaraq çalışıb.

Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin üzvü olub (2008-2012).

Azərbaycanda keçirilən Avroviziya Mahnı Müsabiqəsində işçi qrupunda şounun prodüseri kimi iştirak edib (2012).

2013-cü ildən Bakı Media Mərkəzinin icraçı direktorudur.

Əməkdar mədəniyyət işçisidir (2018).

Rejissor, prodüser Orman Əliyev şair Çingiz Əlioğlunun oğludur.

Rejissor, prodüser Orman Əliyev prodüser Tahir Əliyevin qardaşıdır.