Orxan Sadıqoğlu

Rejissor Ssenari müəllifi Rejissor assistenti Aktyor

Doğum tarixi:

06 may 1991


Orxan Sadıqoğlu (Orxan Əsgərov Sadıq oğlu) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissor ixtisasında təhsil alıb (2009-2013).

“Planet Parni iz Baku”–nun televiziya lahiyəsi olan “Yumor kuboku” verilişində aktyor və rejissor kimi çıxış edib (2012).

2013-cü ildən İctimai televiziyada rejissor olaraq çalışır. Televizyada bir çox veriişlərin və “İstintaq davam edir” bədii-kriminal silsilənin rejissorudur.