Orkhan Abbasoff

Operator Rəng korreksiyası Montaj rejissoru Aktyor Prodüser

Doğum tarixi:

18 sentyabr 1987


Orkhan Abbasoff (Orxan Abbasov Vahid oğlu) Moskvada anadan olub.

Fransada EICAR Paris Kino Məktəbində operatorluq üzrə magistratura təhsili alıb (2015-2017).

“Procter and Gamble” (2011-2013), “RedBull” (2013-2014), “Samsung” (2014-2015) şirkətlərinin Qafqaz üzrə regional marketinq meneceri kimi çalışıb.

“Debüt” Film studiyasına rəhbərlik edib (2020-2021).

2015-ci ildən Paris və Bakıda peşəkar kino fəaliyyətini davam etdirir.

Ölkə xaricində istehsal olunmuş “Samedi & Dimanche” (2017, rejissor Tara Dabinovic / Fransa, Monako), “Nyu York” (2018, rejissor Laurent Jordy / Fransa), “Astray” (2019, rejissor: Michelle Figueroa / ABŞ, Fransa), “Doğuş” (2019, Fransa), “D8” (2020, rejissor Inna Ouvaroff / Fransa, Rusiya), “İllüziya” (2022, rejissor Egemen Kes / Türkiyə), “Hər şeyin sonu” (2023, rejissor Umut Sakallıoğlu / Türkiyə) qısametrajlı bədii filmlərinin operatoru, “O qədər də çətin deyil” (2016, Fransa), “Doğuş” (2019, Fransa), qısametrajlı bədii filmlərinin rejissorudur.

2023-cü ildən EICAR Paris kino məktəbində dərs deyir.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Açar (II) Rəng korreksiyası