Oqtay Ağayev

Musiqi ifaçısı Aktyor Musiqi ifasından istifadə olunub

Doğum tarixi:

07 noyabr 1934

Vəfat tarixi:

13 noyabr 2006


Oqtay Cəfər oğlu Ağayev Bakıda anadan olub.

Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb (1953-1956).

Azərbaycan Dövlət Estrada Orkestrinin solisti kimi fəaliyyətə başlayıb. Eyni zamanda “Qaya” vokal kvartetinin üzvü olub. Azərbaycan Dövlət Estrada Orkestrində və Azərbaycan Dövlət Filarmoniyasında sənət yolunu davam etdirib. 1971-ci ildən Azərbaycan Dövlət Radio və Televiziya Estrada Orkestrinin solisti olub.

“Humay” mükafatı laureatı, Xalq artisti (2000) Oqtay Ağayev 2006-cı ildə vəfat edib, Yasamal qəbirstanlığında dəfn olunub.