Oksana Rəsulova
Doğum tarixi:
19 dekabr 1982
Oksana Eyvaz qızı Rəsulova Əli Bayramlı şəhərində anadan olub.
Rusiyada Uşaq Xoreoqrafiya Məktəbində, Tibb Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
İxtisasca ginekoloq və dəri zöhrəvi həkimi olmasına baxmayaraq uzun illərdir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib olub. "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"ndə (2008, Sankt Peterburq / Rusiya), Hind mədəniyyət festivalı "Divali 2009"da (2009) 1-ci yerə layiq görülüb.
2015-ci ildən “Oksi Media” prodüser mərkəzinin təsisçisi və rəhbəridir.
M Teatrın və Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisasıdır.