Ofeliya Sənani

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

26 may 1941


Ofeliya Hacıağa qızı Sənani Bakıda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1966).

10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. Radio tamaşalarında baş rolları səsləndirib (1959-1975). 1975-ci ildə televiziyada diktor kimi fəaliyyətə başlayıb və 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb. Eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində işləyib (1960-1990).

Əməkdar artist (1975), Xalq artistidir (1991).